bığsız saqqalsız dərviş.

Nəsr


 

 

◊ Bığsız saqqalsız dərviş.

  Şərh göndərin 12.07.2016 21:22

     Bığsız saqqalsız dərviş. Gözlərini yum, əlinisə mənə ver,deyən bığsız  saqqalsız dərvişə , indi açım ?Dərvişdən səs gəlmir ,inadkarlıq edib gözlərini açdı.Bura haradır? Yəqin avropa olar,bizim ölkə belə sivil deyil Hollivud olar,deyib dərvişə dönür və öz –özünə ,bu saqqalsız dərviş hara qeyb oldu?,- amma bu cavan oğlan bilmir ki insanlar yalnız öləndə qeyb olurlar ,dərviş hardasa buralarda gəzişən insanlara qarışıb yaxınlıqda olar,öz – özünə:-gözümü açıb bağladım yox bağladım açdım və burdayam,Bu saqqalsız dərviş mənə hardan ilişdi?Məhəllədə.Hardan gəlirdim?Baxın xatırlaya bilmir,-cəhənnəmə hardan gəlirəm gəlim ,bu kim idi axı başıma bu oyunu açdı ?Yəqin məni xaricə gətirib ,amma necə?Dedi axı ,istəsəm dünyanı bir anda gəzərsən,gərək başımdan rədd eləyəydim deyəydim ,sağ ol ,gəzmirəm ,o da izal olub gedəydi .Görəsən bu adamların dili nədir ? İngiliscə də bilmirəm .Əl -ələ gələn oğlanla qız da çox müasir geyiniblər ,o: -bağışlayın siz məni anlayırsız? Oğlanla qız gülümsəyir,qız: -əlbəttə ,o,çaşqın: - nə yaxşı ,türksüz?Siz allah and içməyin ki bura Türkiyədir.oğlan qıza baxıb gülümsünərək : - deyəsən dəlidir.O :- dəli zad deyiləm ,qəribəm ,o dərvişi görüm külü marsa sovrulsun ,başımdan edə bilmədim ,siz allah bağışlayın mən bura göz qırpımında gəlib çıxmışam heç bilmirəm bura haradır .Qız təcüblə :- burda qəribə nədir ki ?Göz qırpımı,bundan asan nə var?Bura, siz haralısız deməli oradır. O:-necə yəni ? Oğlan qıza, gəl gedək ,dəlidir . Onun fikrinə ani bu gəldi :- məni bağışlayın özünüz də türksüz mən də ,bilirsiz mən avam dağdan gəlmişin biriyəm dağda qız otarırdım ,üzr istəyirəm qoyun otarırdım dərviş gəlib çıxdı ,ilişib əl çəkmədi .Qız oğlana oğlan qıza baxışıb üzlərini çevirib gedirlər.Bizim oğlan itlə gələn qıza yaxınlaşıb: - bağışlayın siz də məni başa düşürsüz?Qız maraqla : - başa düşülməməliniz sualınızdır.Bizim oğlan karıxdı və ,bura haradır?Qız: - sən haranı istəsən ora .....Onlar dostlaşdılar .Sivil şəhərin  uzun küçəsinin  sonuna qədər üçü o ,qız və it getdilər .Qız bizimkinə : -onlar səni dəli hesab ediblər.Oğlan : - mən hardan bilim sizin zamanda çobanlıq ləğv olub ?Dərvişdən çox razıyam ,səninlə rastlaşıb sənə vurulduğuma görə .2200 cü ilə gəldiyimə şadam səninlə mütləq evlənəcəyəm deməli bura gəlməsəydim səni sevə də bilməzdim.Qız gülümsünüb; -düzdür.Oğlan : - bəs niyə 22 ci əsrin sonu şəhərdə adam tək –tükdür? Qız təsüflə ; -hə sizin dövrünüzdəkilərə bura gəlmək üçün tısbağalar təlim məşqi keçir .Oğlan : - heç eşitməmişəm ,mənisə dərviş bir göz qırpımında –qız: -bilirəm bayaq dedin ,bunu öyrənməlisən ki, dünya sənindir sən ona sahibsən bu fikri əyninə geyinsən göz qırpımında harada istəsən ola bilərsən .Bizimki inadkarmış: - sən mənim sevgilim oldun o,göz qırpımını öyrənməyəcəyəm ,çaşıb 21 ci əsrə qayıdaram ,dərvişi də itirdim ayrılıq yaman şeydir sənsiz dözmək çətindir mənə .Qız : - öyrənməsən yenə səni ayrılıq gözləyir ,çünki mən qəfildən 500 il irəli getmək istəyərəm ya da min il ,bizimki təşvişlə : - o qədər getsək ömrümüz qurtarmaz ?Qız : - həyatda ölüm yoxdur,onu geridə qalmışlar yaradıblar.Bizim şəhər üçün o,bu günü olmayacaq dünəndir .Oğlan : - onda de görüm niyə meymundan adam düzəltmisiz ?Qız ; -nə kərgədanbaşsan ,bəs siz niyə adamları meymuna çevirmisiz ? Biz hələ kenquruları da adma çevirəcəyik !Bizimki yazıqca : -hirsləınmə sevgilim ,desə də qız ,bizimki tutmaz dedi.Qəfildən bığsız saqqalsız dərvişi görür,dərviş ona : - nə düşmüşdün qızın dalınca 200 ildən sonra da adam olmursan .O,çaşqın: -sən hardaydın? Dərviş : - sizin məhəllədə .Bəs mən? Sən də sizin məhəllədə...     2016.iyun .Asim.


Baxış: 32



Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15070)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14537)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13839)
PLATONYA
platonyaadasi.kitabxana.net (8117)
Nəriman
sungurlar.kitabxana.net (4361)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə